“Üçtərəfli görüş ölkələrimiz arasında olan strateji səviyyəli dialoqun bariz nümunəsidir”.

Bunu Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov türkiyəli və gürcü həmkarları ilə üçtərəfli görüşdən sonra deyib.

Onun sözlərinə görə, görüşdə üç dost və qonşu xalq arasında münasibətlərin və fəaliyyətlərin ikitərəfli və üçtərəfli formatda inkişaf etdirilməsinin səmərəliliyi vurğulanıb./Report