“Azərbaycan Prezidenti İlham Əliyevlə əla görüşüm baş tutdu”.

Bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili tvitter hesabında yazıb.

O bildirib ki, görüşdə Gürcüstan-Azərbaycan münasibətləri və regional tranformasiya məsələləri müzakirə olunub: “İkitərəfli əhəmiyyət kəsb edən, strateji tərəfdaşlıq məsələlərinə toxunulub, əməkdaşlığımızın gələcək inkişafı üçün yeni imkanlar nəzərdən keçirilib”.