Milli Məclisin deputatı Eldar İbrahimov Özbəkistan Prezidenti Şövkət Mirziyoyevin sərəncamı ilə “Özbəkistan Respublikasının müstəqilliyinin 30 illiyi” döş nişanı ilə təltif edilib.
Mia.az-ın Milli Məclisə istinadla məlumatına görə, sentyabrın 22-də Özbəkistanın Azərbaycandakı səfirliyində keçirilən tədbirdə səfir Baxrom Aşrafxanov mükafatı Eldar İbrahimova təqdim edərək bildirib ki, o, Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri və “Azərbaycan-Özbəkistan” Dostluq Cəmiyyətinin sədri kimi iki ölkə arasında parlamentlərarası münasibətlərin inkişafına, dostluq və qardaşlıq əlaqələrinin güclənməsinə verdiyi mühüm töhfələrə görə bu mükafata layiq görülüb.