Həmyerlimiz Səyyad Əliyev yenidən Leninqrad Vilayəti Qanunvericilik Məclisinin deputatı seçilib.
Mia.az xəbər verir ki, Səyyad Əliyev 1967-ci ildə martın 27-də Cəlilabadın Zopun kəndində anadan olub.
O, S.M.Kirov Leninqrad Meşə Texniki Akademiyasını (1994) və Dövlət İdarəçilik Akademiyasını (2008) bitirib. 2005-ci ildə Sankt-Peterburq şəhərinin Dubrovskoye rayon Deputatlar Sovetinin sədri və bələdiyyə başçısı seçilib.
2011-ci ildən V çağırış Leninqrad Vilayəti Qanunvericilik Məclisinin deputatı, “Vahid Rusiya” Fraksiyasının üzvüdür.
Onu da qeyd edək ki, Səyyad Əliyev Azərbaycan Prezidenti tərəfindən “Tərəqqi” medalı ilə təltif olunub.