Gürcüstan prezidenti Georgi Marqvelaşvilinin Azərbaycana ilk rəsmi səfəri başlayıb.
APA-nın xəbərinə görə, G. Marqverlaşvili Azərbaycan prezidenti İlham Əliyev, baş nazir Artur Rəsizadə və Milli Məclisin sədri Oqtay Əsədov tərəfindən qəbul ediləcək.
Qonaq Qəbələ və Qax rayonlarına da gedərək yerli gürcü icmasının nümayəndələri ilə görüşəcək.
***
Azərbaycan prezidenti İlham Əliyevin və Gürcüstan prezidenti Georgi Marqvelaşvilinin təkbətək görüşü keçirilib.
APA-nın məlumatına görə, görüşdə Azərbaycanla Gürcüstan arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq bildirilib.
Ölkələrimiz arasında əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminlik ifadə olunub.
Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi də aparılıb.
Qeyd edək ki, təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan və Gürcüstan prezidentlərinin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü keçirilib.