Bu gün Muasir Musavat partiyasının qərargahında MMP sədri Hafiz Hacıyev  Qərbi Azərbacaanın bir neçə bölgəsinin ağsaqqaları və ziyalıları ilə görüş keçirib.

 Partiyanın mətbuat xidmətindən mia.az-a daxil olan məlumatda görüşün detalları tam açıqlanmasa da, ölkədə baş verənlər son hadisələr gələcəkdə baş verə bilməsi ehtimal olunan məsələlərlə bağlı geniş müzakirələr aparıldığı bildirilir: «Eyni zamanda, son günlər Qərbi azərbaycanlıların sosial bazasından yararlanmaq istəyən müxtəlif qrupların verdiyi bəyanatlar da bu görüşün keçirilməsinə zərurət yaradıb. Görüş iştirakçıları yaxın günlərdə Qərbi azərbaycanlıların nüfuzlu kəsimlərinin BMM-də geniş tərkibdə toplantı keçirmələrini planlaşdırıblar».