Xatırladaq ki, həmin tarixdə Bakının Fəvvarələr meydanında dinc etiraz aksiyası amansızlıqla dağıdılmış, iştirakçıların bir çoxuna həbs cəzası verilmiş, gənclərin və Qarabağ müharibəsi veteranlarının bəzilərinə isə ağlasığmaz dərəcədə yüksək olan cərimələr kəsilmişdi.
Marafon günü 1915 manat, ondan sonrakı günlərdə 170 manat vəsait toplanıb. Cərimələrin ümumi məbləği isə 6000 manata yaxındır. Toplanan vəsait buna bəs etməsə də, Milli Şuranın Koordinasiya Qurumu toplanan vəsaitin cərimə olunanların hamısının arasında bərabər faizlə bölünməsi barədə qərar verib. Cərimə olunanlarla bağlı məlumatlar yenidən dəqiqləşdirilir və həftə ərzində məbləğlər onlara təhvil veriləcək. Bu haqda ictimaiyyət ətraflı məlumatlandırılacaq