Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Şimali Makedoniyanı Müstəqillik Günü münasibətilə təbrik edib.

Bu barədə XİN-in tviter səhifəsində məlumat verilib.

“Müstəqilliyinin 30-cu ildönümündə Şimali Makedoniyanı səmimi-qəlbdən təbrik edirik və bu əlamətdar gündə uğur və rifah üçün ən xoş arzularımızı çatdırırıq. Müstəqillik Günün mübarək, Şimali Makedoniya!”, - məlumatda qeyd edilib.