Çin hakimiyyəti Əfqanıstanda “Taliban”ın qurduğu yeni hökuməti dəstəkləməyə hazırdır.

Bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Van Venbin Pekində keçirdiyi brifinqdə “Taliban” hökumətinin tanıyıb-tanımayacaqları ilə bağlı suala cavabında bildirib.

V.Venbin deyib ki, Çin Əfqanıstanın suverenliyinə, müstəqillyinə və ərazi bütövlüyünə hörmət edir./Report