"Dəniz Baykalında kassetlərini yayan onlar idi".

Axar.az xəbər verir ki, bu açıqlama ilə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan çıxış edib. O, MHP və CHP liderlərinin kassetlərinin "camaat"ın yayınladığını bildirib:

"Onlar Dəniz Baykalın və Baxçalının yanındakı adamların kasetlərini yayımladılar. Konstitusiya müzakirələri gedirdi. O zaman köməkçimə dedim ki, həmin dəqiqə bunu silin. İndi onlar bir zaman özlərinə tələ quranlara baş əyirlər".

Qeyd edək ki, CHP-nin eks-sədri Dəniz Baykal seks kasetinin yayılmasından sonra dərhal partiya rəhbərliyindən istefa vermişdi.