Xalq artisti Zümrüd Məmmədovaya ağır itki üz verib.

Sənətçinin bacısı Mədəniyyət kanalının ədəbi dram verilişləri redaksiyasının rejissoru Arzu Mövlud dünyasını dəyişib.

Mia.az xəbər verir ki, Yenicag.az-a açıqlama verən müğənni bacısının vaksin vurdurandan sonra boğularaq öldüyünü deyib: “Allergiyası vardı, istəmirdi vaksin vurdursun. Məcbur ediblər. Təcili yardım çağırdıq, öləndən sonra gəlib çıxdı”.