“Komissiyaların səlahiyyət müddəti 5 ildir. MSK Milli Məclis tərəfindən formalaşdırdıqdan sonra DSK-lar formalaşdırılmalıdır”.
Bu fikirləri Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.
Onun sözlərinə görə, DSK-ları formalaşdırmaq MSK-nın müstəsna səlahiyyətidir: “Siyasi partiyaların təmsilçilərinin seçki komissiyalarında üstünlük təşkil etməsinə çalışmaq lazımdır. Bəzi demokratik ölkələr var ki, bizdəki qədər partiya yoxdur. Partiyalar insanların onları tanımasına çalışmalıdır”.