Azərbaycanlı xanəndə Elnarə Abdullayeva maraqlı açıqlamalarlı ilə gündəmə gəlib.
ANS telekanalında yayımlanan "Benifis” verlişinin bu həftəki qonağı olan sənətçi qalmaqallı açıqlamaları ilə yadda qalıb. O, aşıq xanımlara qarşı çıxıb.
"Biz dədə-babadan "Dədə Ozan” eşitmişik, "Ana Ozan” eşitməmişik. Qadından aşıq olmaz. İki şeir deyib sazı dınqıldatmaqla aşıq olmaz.Mən heç saz çala bilməyib özünə aşıq deyən xanımları demirəm. Özünə aşıq deyən xanım gəlsin gedək bir məclisə, toya və orada göstərsin görək aşıqlıq edə biləcək ya yox. Yəni, biz gözümüzü açandan aşığın toylarda meydan oxumasını, toyxananı öz rəqsi, hərəkətləri ilə riqqətə gətirməsini görmüşük. Məgər bu gün bunu edə bilən xanım var ki, ona aşıq da deyək?! Mən "xanım aşıq” kəlməsini qəbul etmirəm. O, sadəcə saz çala bilər, bu aşıqlıq demək deyil”, - deyə Elnarə xanım fikirlərini bildirib.
Qeyd edək ki, Elnarə Abdullayeva hal-hazırda ANS telekanalında yayımlanan "Günə baxan" verilişinin qonağıdır. Sənətçi digər sənət yoldaşları ilə birlikdə bu söz-söhbətin davamını aparır.