“IDEF - 2021” Beynəlxalq Müdafiə Sərgisində iştirak etmək məqsədilə İstanbul şəhərində səfərdə olan Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının Baş Qərargah rəisi ordu generalı Yaşar Gülerlə görüşüb.
Mia.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, görüşdə iki ölkə arasında hərbi-texniki əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.