Gürcüstanın eks-baş baziri Bidzina İvanişvili dini mövzuların toxunulmaz olmadığını deyib.
ANS PRESS-in məlumatına görə, eks-baş nazir bunu bütün Gürcüstanın Ppatriarxının süni mayalanma ilə bağlı səsləndirdiyi fikirlərə münasibəti keçirdiyi mətbuat konfransında bildirib. O, din xadimlərinin də səhv etdiyi və onların bu hərəkətlərinin müzakirə mövzusuna çevrilməli olduğunu vurğulayıb.
Qeyd edək ki, Milad müraciətində Gürcüstanın patriarxı II İliya belə demişdi. "Surroqat ana tərəfindən dünyaya gətirilən uşaq böyüyən ailə xoşbəxt ola bilərmi? Bu onun yetkinlik yaşında təsirsiz ötüşməyəcək. Süni mayalandırma ilə doğulan uşaqlar da problemli olacaqlar. Onların həyatı çox sayda embrionun məhvi ilə inkişaf etdirilib".