Taxılın qiyməti qalxdı, çörək bahalaşacaq
Qazaxıstan xarici ölkələrə satdığı taxılın qiymətini artırıb. İndi bu ölkə buğdanın bir tonunu keyfiyyətindən asılı olaraq 180-250 dollara satır.
Azərbaycan da Qazaxıstandan buğda aldığından ANS əməkdaşı bu qiymət artımının ölkəmizə təsir edib-etməyəcəyi ilə maraqlanıb. Ölkənin əsas un istehsalçısı olan şirkətin rəhbəri Taleh Qasımov ANS-ə bildirdi ki, əslində bahalaşmadan söhbət getmir. Sadəcə bazarda mütəmadi olaraq qiymətin artması-azalması baş verir.
Məsələn ötən həftə buğdanın bir tonunun qiyməti 10 dollar aşağı düşmüşdüsə, bu həftə 5-6 dollar yüksəlib. Mütəmadi baş verən qiymət tərəddütləri yekunda məhsulun, yəni unun və çörəyin bahalaşmasına təsir edəcək səviyyədə deyil.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 17:00
2026-04-07 14:05
2026-04-07 13:54
2026-04-07 12:45
2026-04-06 17:00
2026-04-06 13:25
2026-04-05 17:19