Azərbaycan Xarici işlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva tviter səhifəsində paylaşım edib.
Mia.az xəbər verir ki, paylaşımda deyilir:
“Üçtərəfli bəyanatın müddəlarını absurd şəkildə şərh etmək cəhdləri Ermənistan tərəfinin 2020-ci il noyabrın 10-da özünün imzalamış olduğu sənədin mahiyyətini tam anlamadığını və ya əvvəlcədən onun tələblərini tam şəkildə icra etmək niyyətində olmadığını sübut edir”.