Avqustun 10-da UNICEF-in Azərbaycandakı yeni təyin olunmuş nümayəndəsi Aleks Haykens Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova akkreditasiya məktubunu təqdim edib.
Mia.az xəbər verir ki, məktubda deyilir: "UNICEF-in Azərbaycan hökuməti ilə uzun müddət davam edən tərəfdaşlığını daha da gücləndirmək və ölkədə hər bir uşaq üçün daha yaxşı gələyi təmin etmək naminə birlikdə çalışmaq əzmindəyəm".