Yeni Azərbaycan Partiyası (YAP) iyulun 29-da Xaçmaz rayonunda Milli Məclisin deputatı Eldəniz Səlimovun Xaçmaz Rayon Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Şöbəsinin polis əməkdaşı Mirzəyev Zaur Cavanşir oğlunu döyərək ona xəsarət yetirməsinə münasibət bildirib.
Mia.az-ın məlumatına görə, partiyanın açıqlamasında deyilir ki, baş vermiş hadisədən təəssüf hissi keçirirlər: "Faktla bağlı hüquq-mühafizə orqanlarında araşdırmalara başlanılıb, məsələyə hüquqi qiymət verildikdən sonra münasibət bildiriləcək".