"Soyuqdan donuram. Qar yağan gündən işıqlarımız heç bir saat da yanmayıb. Belə də dərd olar? Əgər bu gün də işıq yanmasa, bütün ailə üzvlərimizlə birlikdə donacayıq”.


Bunu AzNews.az-a xalq artisti, tanınmış muğam ifaçısı Alim Qasımov deyib. Abşeron Rayon, Güzdək qəsəbəsində yaşayan muğam ifaçısı əlaqədar təşkilatlara müraciət edib:

"Prezidentimiz dönə-dönə deyib ki, qarlı gündə Bakı Elektrik Şəbəkə işləməlidir. Amma mən bu evdə elektrikin yanmağını görmədim. Hara baxırlar bunlar? Belə də işləmək olar? Güzdəkdə xalq donur. Bizə kömək edin”.