Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş aparat rəhbəri Rasim Quliyev Yeni Azərbaycan Partiyasından (YAP) xaric edilib.

Mia.az Unikal.org-a istinadla bildirir ki, o, partiyanın Səbail rayon təşkilatının şura üzvlüyündən çıxarılıb.

Qeyd edək ki, R.Quliyev korrupsiya əməllərinə görə aprel ayında həbs edilib.