Bu gün Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında İctimai Şuraya (İŞ) seçkilərin ikinci mərhələsi keçirilmiş, qanunvericiliyə müvafiq olaraq tələb olunan səs çoxluğunu toplamış 8 namizəd İctimai Şuranın üzvü seçilib.
Mia.az Mədəniyyət Nazirliyinə istinadla xəbər verir ki, aşağıdakı şəxslər İŞ-nin üzvləridir:
Abdulova Cəmilə Çingiz qızı - “Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım” İctimai Birliyi
Qədirov Şahin Kərim oğlu - “Zirvə” mədəniyyət və incəsənət İctimai Birliyi
Mustafayeva Samirə Vəli qızı - “Azad Həmfikirlər” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi
Nəsibova Bəsti Mahmud qızı - “Gələcəyə baxış” Avropaya İnteqrasiya İctimai Birliyi
Rəhimli Davud Səid oğlu - “Əlil Təşkilatları İttifaqı”
Verdiyeva Bəyimxanım İsfəndiyar qızı - Xan Şuşinski Fondu
Yolçuyev Əkbər Mehdi oğlu - Dünya gənc türk yazarlar birliyi
Zeyni Rauf Xurşud oğlu - “Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumu
Xatırladırıq ki, 13 iyul 2021-ci il tarixdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında İctimai Şuraya seçkilərin birinci mərhələsi keçirilib. Həmin vaxtı səs çoxluğu ilə Əlibəyov Gəray Ayaz oğlu ("Mədəni İnkişaf Mərkəzi" İctimai Birliyi) İctimai Şuranın üzvü seçilib.
Hər iki seçkinin nəticəsi olaraq Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında İctimai Şuraya ümumilikdə 9 üzv seçilib.