Gürcüstanın Qardabani bələdiyyə məclisinin sədr müavini, Qaratəhlə kəndinin deputatı Rəfi Orucov vəzifələrini tərk edib.
Mia.az Report-un yerli bürosuna istinadla xəbər verir ki, bu barədə o, özü feysbuk səhifəsində məlumat yayıb.
R.Orucov öz arzusu ilə hakim Gürcü Arzusu Partiyasından da istefa verdiyini bildirib: “Bu qərarıma səbəb partiyanın son zamanlar yürütdüyü siyasətin mənim siyasi mövqeyimlə üst-üstə düşməməsidir”.
O vurğulayıb ki, fəaliyyət göstərdiyi 7 il müddətində hər zaman dövlətə və xalqa vicdanla xidmət edib:
“Ümid edirəm ki, etimadınızı doğrultdum”.