Bəzi mətbuat orqanlarında "Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərovun vəzifəsindən azad edildiyi barədə məlumat yayılıb.
Mia.az-ın məlumatına görə, “Azəriqaz ” İB-nin baş direktoru Ruslan Əliyev məsələyə münasibət bildirərək, yayılan məlumatların həqiqətəuyğun olmadığını qeyd edib: "Heç bir əsası olmayan məlumatdır. Mən Birliyin baş direktoru olaraq belə bir əmr imzalamamışam. "Azəriqaz" İB ailəsinin ən peşəkar üzvü olaraq Ceyhun Səfərov iş başındadır, vəzifəsini davam etdirir".
***
"Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidməti vəzifəsindən azad olunub.
Mia.az-ın əldə etdiyi məlumata görə, birliyin rəisi Ruslan Əliyevin əmri ilə İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ceyhun Səfərov vəzifəsindən azad edilib.
Digər əmrlə tanınmış telejurnalist "Space" TV-də Xəbərlər Xidmətinin baş redaktoru Eldəniz Vəliyev sözügedən vəzifəyə təyin olunub.
Xəbər "Azəriqaz"dan Mia.az-a təsdiqlənib.
Qeyd edək ki, E.Vəliyev "Space"dən əvvəl ANS, ATV-də və digər media qurumlarında işləyib.
MİA.AZ