Əfqanıstanın cənubunda Qəndəhar əyalətinn Spin-Boldak yaşayış məntəqəsində “Taliban” qruplaşması ilə atışma zamanı “Reuters” agentliyinin foto-müxbiri Daniş Siddikui öldürülüb.
Məlumatı Qəndəhar əyaləti qubernatorunun nümayəndəsi “RİA Novosti”yə bildirib.
Onun sözlərinə görə, son günlər Daniş Siddikui regionda baş verənləri işıqlandırırmış.
“Taliban” qruplaşması Əfqanıstanla Pakistan sərhədində yerləşən Spin-Boldaka nəzarət etdiklərini bildirib.
Qeyd edək ki, Daniş 2018-ci ildə Myanmada qovulan roxinca qaçqınlarına həsr etdiyi “Bədii fotoqrafiya” nominasiyasına görə Pulitzer mükafatına layiq görülüb.
Xatırladaq ki, 1917-ci ildə Nyu-Yorkda təsis edilən Pulitzer mükafatı ABŞ-ın nüfuzlu diplomlarından sayılır. 2017-ci ildən qalibə 15 min dollar məbləğində pul mükafatı verilir/Report.