Hesablama Palatası Yeni Azərbaycan Partiyasında (YAP) yoxlamalara başlayıb.

Məlumata görə, yoxlamalar partiyanın 5 illik fəaliyyəti dövrünü əhatə edir. Palata bu dövr ərzində YAP-ın fəaliyyətini təftiş edəcək. 

Xatırladaq ki, həmin dövrdə məsul şəxslər YAP-ın icra katibi Əli Əhmədov və onun müavini, hazırda Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri olan Siyavuş Novruzov, maliyyə və təsərrüfat şöbəsinin müdiri isə Mahir Abbasəliyev olub/Unikal.

Bəzi iddialara görə, yoxlama adıçəkilən bu üçlükdən ən azı ikisinin başını ciddi ağrıda bilər.

Qeyd edək ki, Hesablama Palatası ilk dəfədir ki, Yeni Azərbaycan Partiyasında yoxlamalar həyata keçirir.

Mia.az