"Pensiyaçılar plastik kartlar vasitəsi ilə 100 manat məbləğində kredit götürə biləcəklər".
Bu barədə DSMF-nin sədri Elman Mehtiyev bu gün keçirilən "Pensiya+” xidmətinin istifadəyə verilməsi ilə bağlı təqdimat mərasimi zamanı deyib. Sədr bildirib ki, yeni layihə ölkədə nağdsız ödənişlərin stimullaşdırılması məqsədini daşıyır:
E, Mehtiyev həmçinin bildirib ki, yeni layihə vasitəsi ilə pensiyaçıları plastik kartlar və posterminallardan istifadəyə cəlb etmək mümkün olacaq: "İlkin olaraq layihə Bakı və Sumqayıt ərazisi üzrə şamil ediləcək. Gələcəkdə isə bu xidmətdən digər region pensiyaçıları da istifadə edə biləcəklər. Bu xidmətə qoşula bilmək üçün müvafiq bankla pensiyaçılar arasında müqavilə bağlanmalıdır. Gələcəkdə bu sistem kommunal, nəqliyat və digər sahələri də əhatə edəcək".
anspress.com