Ayaz Mütəllibov Şəhidlər Xiyabanını ziyarət edib
Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibov 20 Yanvar şəhidlərinin məzarını ziyarət edib. Bu barədə Modern.az saytına eks-prezidentin mətbuat xidmətinin rəhbəri Anar Ağayev məlumat verib. Onun sözlərinə görə, sabiq prezident 19 yanvar tarixində 20 Yanvar hadisələrinin 24-cü ildönümü ilə əlaqədar Bakıdakı Şəhidlər Xiyabanına gedib, Sovet Ordusu tərəfindən Bakıda qətlə yetirilmiş şəhidlərin xatirəsini yad edib. Qeyd edək ki, 1990-cı ildə 20 Yanvar qırğını baş verən zaman A. Mütəllibov Azərbaycan SSR Nazirlər Sovetinin sədri vəzifəsində idi.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51