İsmayıllı Peşə Tədris Mərkəzi, Balakən 1 nömrəli Peşə Məktəbi, Cəlilabad Peşə Liseyi, Bərdə Peşə Liseyi, Quba Peşə Liseyi, Şamaxı Peşə Liseyi, Göyçay Peşə Liseyi üçün 6 traktor, 4 otbağlayan, 7 traktor qoşqusu, 5 kotan, 6 toxumsəpən, 3 otbiçən, 3 taxıl və qarğıdalı yığan kombayn, 3 dərman çiləyici, 2 gübrəsəpən, 1 yemüyüdən texnika alınıb.
Ölkə iqtisadiyyatının prioritet sahələrindən birinə çevrilmiş kənd təsərrüfatı sektorunun yüksək ixtisaslı kadrlarla təmin edilməsi mühüm əhəmiyyət kəsb edir. Kənd təsərrüfatının inkişaf hədəfləri bu sahədə əyani və texniki vasitələrlə təlim keçmiş, zəruri peşə vərdişlərinə, bilik və bacarıqlara yiyələnmiş ilk-peşə ixtisas təhsilli mütəxəsisslərə tələbatı artırır. Həmçinin, ilk peşə-ixtisas təhsili müəssisələri onlara veriləcək müasir texnika və avadanlıqlardan qanunvericiliyə uyğun istifadə etməklə əlavə maddi gəlir əldə edə bilərlər.