"NATO zirvəsinin ardınca Azərbaycanın tarixi və mədəniyyət mərkəzi Şuşaya gedirik".
Mia.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın "tvitter"dəki hesabında yazıb.
O bildirib ki, Qarabağ zəfərini taclandıran bu səfər Türkiyə-Azərbaycan əlaqələrini daha da gücləndirəcək və dərinləşdirəcək: "Qafqazın tarixi inanc, əzm və cəsarətlə yenidən yazılır".