“Xəstəxanada deyiləm”.

Mia.az xəbər verir ki, bu sözləri Kulis.az-a Xalq artisti Afaq Bəşirqızı xəstəxanaya yerləşdirilməsi ilə bağlı yayılan söz-söhbətə münasibət bildirərkən söyləyib.

O daha sonra əlavə edib: “Ürəyimlə bağlı səhhətimdə problem yaranıb. Evdə müalicə alıram. Ümid edirəm ki, yaxşı olacam!”

Qeyd edək ki, aparıcı Elgiz Əkbər iki gün əvvəl öz proqramında Xalq artistinin xəstəxanada olduğunu demişdi.