MMP-də yeni Qadınlar Şurasının tərkibi təsdiq edildi
Bu gün Muasir Musavat Partiyasının Qadınlar Şurasının növbəti toplantısı keçirilib.
Toplantıda Qadınlar Şurasının üzvləri ,partiyanın ictimai-siyasi həyatında fəal iıtirak edən qadınlar iştirak ediblər.Tədbiri giriş sözü ilə açan MMP-nin İdioloji Məsələlər üzrı sədr müavini Təranə Ramazanova ilk öncə gündəlikdə olan məsələlər ilə yığlncaq iştirakçılarını tanış edib. O,qadınların cəmiyyətin inkişafında rolundan söhbət açaraq ,MMP qadınlarının qarşısında duran vəzifələrdən bəhs edib. Partiyada görülən işlərin geniş təhlilı zamanı qadınların daha fərqli fəaliyyət və mübarizə apardığının şahidi olduğunu deyən Təranə xanım,seçkilərdə xüsusi fəallıq göstərən üzvlərə minnətdarlığını da bildirib.
Tədbirdə fəal qadınlardan Nailə Balayeva , Aslanova Kəmalə
Qəribova Məleykə, Mehdiuyeva Tamara çıxış edərək MMP rayon təşkilat qadınlarının oz işlərini düzgün və nizamlı surətdə qurmasından,qarşıda duran vəzifələrin sistemli həyata keçirilməsindən,partiya üzvlərinin fəallığının daha da artırılmasına yönəltməsindən danışıblar.
Çıxışlardan sonra təşkilatı məsələyə baxılaraq MMP Qadınlar Şurasının 11 nəfərdən ibarət yeni tərkibi seçilib.
Toplantının sonunda MMP sədri Hafiz Hacıyevin tövsiyələri və tapşırıqları qadın üzvlərə çatdırılıb.Rayon təşkılatlarında işin səmərəliliyinin artırmaq mıqsədi ilə metodik göstərişlər və tövsiyələr verilib
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51