Milli Şuranın Koordinasiya Şurası qapalı iclas keçirir
Milli Şuranın Koordinasiya Şurasının ilk iclası qapalı keçiriləcək. Toplantı bu gün saat 15-də AXCP-nin mərkəzi qərargahında başlayacaq. "Media forum”un məlumatına görə, Milli Şuranın Sədr Aparatının üzvü Oqtay Gülalıyev deyib: "İclasda əsasən Milli Şuranın fəaliyyəti, yaxın dövr üçün planlar müzakirə olunacaq”. Milli Şuranın Koordinasiya Şurası yanvarın 16-da yaradılıb. Koordinasiya Şurasına bu şəxslər daxildir: Cəmil Həsənli, Rüstəm İbrahimbəyov, Əli Kərimli, Mirmahmud Mirəlioğlu, Kamil Vəli, Nurəddin Mustafayev, Eldəniz Quliyev, Hacıbaba Əzimov, Rafiq Manaflı, Mehriban Vəzir, Gültəkin Hacıbəyli, İbrahim İbrahimli, Vidadi Mirkamal, Fuad Ağayev, Namizəd Səfərov, Leyla Yunus, Mirvari Qəhrəmanlı, Hacı Rövşən Əhmədli, Mehman Əliyev və "Nida” Vətəndaş Hərəkatından bir nəfər.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51