Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Vyanaya səfəri çərçivəsində avstriyalı həmkarı Aleksandr Şallenberqlə görüşüb.
Bu barədə nazir Ceyhun Bayramov “Twitter”də bildirib.
Nazirin sözlərinə görə, görüşdə ikitərəfli iqtisadi əməkdaşlığın genişləndirilməsi, COVID-19 pandemiyasına dair geniş miqyaslı suallar müzakirə olunub: “Münaqişədən sonrakı vəziyyət, azad edilən ərazilərdə davam edən reabilitasiya və yenidənqurma layihələri ilə bağlı Avstriya xarici işlər naziri Şallenberqə məlumat verdim”.