Prezident Administrasiyasında Siyasi partiyalarla və qanunverici hakimiyyətlə iş şöbəsinin müdiri Ədalət Vəliyev Respublikaçı Alternativ Partiyasının sədri İlqar Məmmədovla görüşüb.

Mia.az xəbər verir ki, bu barədə İlqar Məmmədov məlumat yayıb.

Bildirib ki, Ədalət Vəliyevlə bir saatdan çox davam edən ikitərəfli görüşdə müxtəlif məsələlər müzakirə edilib.