“Etnik mənsubiyyətindən asılı olmayaraq vətəndaşlar arasında zorakılıq yolverilməzdir”.

Bunu Gürcüstan parlamentinin sədr müavini Arçil Talakvadze deyib.

O bildirib ki, Dmanisidə baş vermiş insidentin milli zəmində qarşıdurma kimi təqdim olunması qəbuledilməzdir: “Bu, opponentlərimizin cəhdləridir və onlar cəmiyyətdə yanlış fikir yaratmaq istəyirlər”.

Vitse-spiker baş verənlərə polisin dərhal reaskiya verdiyini və qanunu pozanların müvafiq qaydada cəzalandırılacağını qeyd edib.

A.Talakvadze deyib ki, etnik azərbaycanlılar əsrlər boyu Gürcüstan cəmiyyətində yaşayıblar: “Azərbaycanlılar bizim vətəndaşlarımızdır. Etnik mənsubiyyətindən asılı olmayaraq vətəndaşlar arasında istənilən şiddəti qınayıram”/Report