Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) Milli Şurada qalıb-qalmayacaqları ilə bağlı son qərarlarını sabah verəcək. Bu barədə baymedia.az-a açıqlamasında KXCP sədrinin müavini Xəzər Teyyublu danışıb.
X.Teyyublu bildirib ki, Klassik Xalq Cəbhəsi Partiyasının Milli Şurada fəaliyyətini davam etdirib-etdirməməklə bağlı müzakirələr hələ bitməyib: "Bununla bağlı ilkin qərar var, amma bu barədə hər hansı bir söz demək istəmirəm. Qərarımızı Milli Şuranın sessiyasıda açıqlayacağıq. Yəni, sabah hər kəs KCXP-nin Milli Şuradakı taleyi ilə bağlı qərarını biləcək”.
KXCP funksioneri onu da qeyd edib ki, Milli Şuranın sessiyasında partiyanın qərarını Mirmahmud Mirəlioğlu ifadə edəcək. "Mirmahmud ağa bütün KXCP-çilərin mövqeyini açıqlayacaq. Belə demək mümkündürsə, Mirəlioğlu Milli Şuranın sessiyasında tarixi bir çıxış edəcək”, - deyə X.Teyyublu bildirib.
KXCP Şurada qalıb-qalmayacaqları ilə bağlı son qərarlarını sabah verəcək
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51