Azərbaycanın Əməkdar artisti Zöhrə Abdullayeva xəstəxanaya yerləşdirilib.
Mia.az xəbər verir ki, bu barədə teleaparıcı Hacı Nuran Hüseynov feysbuk hesabında yazıb: "Səsi ilə tamaşaçılarının könlündə taxt qurmuş daha bir sənətkarımızı - Zöhrə Abdulla qızı Abdullayevanı səhhəti ilə əlaqədar yenə də olaraq xəstəxanaya yerləşdirdik".
Xatırladaq ki, Z.Abdullayevanın oğlu İsrafil Abdullayev 2018-ci il may ayının 24-də 47 yaşında vəfat edib. Bu hadisədən sonra Əməkdar artist özünə qapanıb və səhhətində problemlər yaranıb.