Bu səhər Xaçmaz rayonu Qımılqışlaq kəndindəki meşə massivində 1000-ədək at və eşşək cəsədi tapıldığı haqda məlumat yayılıb. Bu hadisənin təfərrüatları barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əlaqə saxladıq.
Nazirlikdən Simsar.az-a verilən məlumata görə, hazırda həmin faktın dəqiqləşdirilməsi prosesi gedir.
Qeyd edək ki, hadisə barədə meşənin gözətçisi İlyas İlyasov məlumat verib. Gözətçi fakt barədə rəhbərliyə məlumat verdiyini bildirib. Həmin heyvanların ətindən kolbasa istehsalında istifadə olunaraq cəsədlərin qalıqlarının əraziyə axşam saatlarında gətirildiyi ehtimal olunur.