İtaliyanın "Milan" klubunun baş məşqçisi Massimiliano Alleqri istefaya göndərilib. ANS PRESS-in xəbərinə görə, bu barədə klubun rəsmi saytında məlumat yayılıb. Massimiliano Alleqrinin rəhbərliyi ilə klubun sonuncu oyunu yanvar ayının 12-də "Sassuolo"ya qarşı keçirilib (3:4).
Baş məşqçinin sonuncu oyunu bir çox tənqidlərə məruz qalmışdı. İtaliya çempionatında 2013/2014-cü mövsümdə 19 oyundan sonra turnir cədvəlində 11-ci yerdədir.
"Sport Mediaset"in yazdığına görə, Alleqrini kimin əvəz edəcəyi hələ məlum deyil. İtaliya KİV-i yeni baş məşqçinin komandanın keçmiş futbolçusu Filippo İnzagi olacağını yazır. O, hazırda "Milan"ın gənclərdən ibarət heyətini çalışdırır.
"Milan"ın baş məşqçisi qovuldu
DİGƏR XƏBƏRLƏR
2026-04-07 12:49
2026-04-07 12:37
2026-04-07 11:55
2026-04-06 22:59
2026-04-06 16:22
2026-04-06 14:48
2026-04-06 14:42
2026-04-06 10:11