Türkiyə kubokunda qrup mərhələsinin oyunlarına start verilib. A qrupunda səfərdə Ərtogrul Sağlamın komandası olan "Eskişehirspor"un qonağı olan "Akhisar Bələdiyyəspor" klubu rəqibini iki cavabsız məğlub edib.

Mia.az xəbər verir ki, alman çalışdırıcı Daumun komandası "Bursaspor" isə Roberto Karlosun komandası "Sivasspor"a 2:1 hesabı ilə qalib gəlib. 

Qeyd edək ki, Türkiyə kubokunda B qrupunun iki oyunu bu axşam keçiriləcək. 

A qrupu 

Türkiyə kuboku, qrup oyunları

"Eskişehirspor" - "Akhisar Bələdiyyəspor" - 0:2
Qollar: Niasse, 17 (0:1), 20 (0:2)

"Bursaspor" - "Sivasspor" - 2:1
Qollar: Şestak, 37 (1:0), Eser, 57 (1:1), Şestak, 72 (2:1)

B qrupu 

"Elazığspor" - "Antalyaspor"

"Qalatasaray" - "Tokatspor"