Yanvarın 11-də keçmiş səhiyyə naziri Əli İnsanov saxlandığı 13 saylı Cəzaçəkmə Müəssisəsindən Bakı İstintaq Təcridxanasına köçürüləcək.

Mia.az "Media forum” saytına istinadən xəbər verir ki, vəkil Toğrul Babayev bildirib ki, Penitensiar Xidmət köçürülmə haqda qərar verib: "Bakı Apelyasiya Məhkəməsi Əli İnsanovun məhkəməyə gətirilməsini təmin etmək üçün Penitensiar Xidmətə müraciət etmişdi. Penitensiar Xidmət köçürülmə qərarını buna görə çıxarıb”.


Xatırladaq ki, Əli İnsanov 2005-ci ildə tutulub, iqtisadi cinayətlərdə təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum edilib. Yanvarın 17-də Əli İnsanovun Ali Məhkəmə Plenumunun qərarı ilə Bakı Apelyasiya Məhkəməsinə göndərilmiş iki işinə baxılacaq.