Koronavirusa yoluxan Xalq artisti Arif Quliyev ECMO cihazına qoşulub.
Mia.az xəbər verir ki, bu barədə Xalq artistinin oğlu Rövşən Quliyev məlumat yayıb.
O bildirib ki, atasının vəziyyəti ağır olaraq qalır.
R.Quliyev atasının səhhətini diqqət mərkəzində saxladıqları üçün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürünü bildirib.