Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) Milli Şura ilə bağlı qərarını gələn həftə verəcək. Bu barədə APA-ya Milli Şuranın üzvü, KXCP sədri Mirmahmud Mirəlioğlu məlumat verib.
O bildirib ki, partiya Milli Şura ətrafındakı hazırkı vəziyyət, partiyanın qurumda qalıb-qalmamaqla bağlı müzakirələrə başlayacaq: "Bu məsələ bazar ertəsi partiyanın İdarə Heyətinin iclasında müzakirə olunacaq və müvafiq qərar veriləcək”.