“Milli Məclis qanuni siyasi iddiamızı rədd edərək, 5 il müddətinə yeni (köhnə) Mərkəzi Seçki Komissiyasını heç 1 müxalifət təmsilçisi olmadan təyin etdi”.

Mia.az bxəbər verir ki ki, bu sözləri REAL partiyasının sədri İlqar Məmmədov MSK-nın təşkili ilə bağlı bu gün Milli Məclisin səsverməsinə münasibətdə deyib.

O bildirib ki, görünür, seçki islahatı hakimiyyətlə dialoqumuzun gündəmindən hazırda çıxarılmalı və onun aktuallığı digər siyasi alətlər vasitəsilə bu gündəmə yenidən gətirlməlidir: "Bu istiqamətdə partiyadaxili və daha geniş siyasi müzakirələrə açığıq”.