Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) yeni tərkibdə ilk iclası keçirilib.
Mia.az xəbər verir ki, iclasda səsvermə ilə Məzahir Pənahov yenidən MSK sədri, Rövzət Qasımov sədr müavini, Arifə Muxtarova və Mikayıl Rəhimov isə katib seçiliblər.
***
Milli Məclisin bu gün keçirilən plenar iclasında Mərkəzi Seçki Komissiyasının (MSK) üzvlərinin və əvəzedici üzvlərinin seçilməsi məsələsi müzakirəyə çıxarılıb.
Mia.az xəbər verir ki, müzakirələrdən sonra Milli Məclis tərəfindən MSK-nın tərkibinin yenidən formalaşdırılması ilə bağlı qərar layihəsi qəbul edilib.
Bununla da MSK-nın yeni tərkibi formalaşdırılıb, ehtiyat üzvləri təsdiqlənib.
Beləliklə, MSK-nın yeni tərkibi aşağıdakı üzvlərdən ibarətdir.
Məzahir Pənahov
Rövzət Qasımov
Hüseyn Paşayev
Şaitdin Əliyev
Ramiz İbrahimov
Validə Kazımova
İlham Məmmədov
Nizami Nadirxanlı
Fuad Cavadov
Qabil Orucov
Arifə Muxtarova
Nailə Əsgərova
Bəxşeyiş Əsgərov
Etibar Quliyev
Mikayıl Rəhimli
Almas Qəhrəmanlı
Tofiq Həsənov
İlkin Şahbazov
Aydın Muradov (ehtiyat üzv)
Surəddin Hümbətov (ehtiyat üzv)
Niyaməddin Orduxan (ehtiyat üzv).
Gözlənilir ki, bu gün MSK yeni tərkibdə ilk iclasını keçirərək, sədr, sədr müavini və katiblərini seçəcək. İddialara görə, Məzahir Pənaov yenə də sədr olacaq.
Mia.az
***
Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) yeni tərkibdə ilk iclası keçiriləcək.
Məlumata görə, iclasda təşkilati məsələlərə baxılacaq.
Həmçinin MSK üzvləri komissiyanın sədrini seçəcəklər.
Mənbənin “Report”a verdiyi məlumata görə, sədr vəzifəsinə Məzahir Pənahovun namizədliyinin irəli sürüləcəyi gözlənilir.
Qeyd edək ki, bu ay MSK üzvlərinin səlahiyyət müddəti bitdiyindən Komissiya yenidən formalaşdırılır. Komissiya ənənəvi qaydada 18 nəfərdən ibarət olacaq. Həmin şəxslərdən 6 nəfəri hakim Yeni Azərbaycan Partiyasını (YAP), 6 nəfər bitərəf deputatları, 6 nəfər isə parlamentdə azlıqda olan partiyaları təmsil edəcək.
Yeni tərkib Milli Məclisin bu keçirilən plenar iclasında təsdiqlənəcək.