Xəbər verdiyimiz kimi, Xalq artisti Arif Quliyev koronavirus infeksiyasına yoluxub.
Mia.az xəbər verir ki, aktyorun oğlu Rövşən "Elgizlə izlə" proqramına telefonla zəng edərək atasının səhhətinin ağırlaşdığını bildirib: "Çox pisdir. Ağ ciyəri 99 faiz buzlaşıb, aparatlara qoşulub. Yaxşı idi, indi çox pisləşdi. Vəziyyəti ağırlaşıb, atam üçün dua edin".