Milli Məclisdə azlıq təşkil edən Ana Vətən Partiyasının Mərkəzi Seçki Komissiyasının (MSK) üzvlüyünə namizədi məlum olub.
Bu barədə partiyanın Mətbuat xidmətinin rəhbəri Tünzalə İsmayılova məlumat verib.
O bildirib ki, Seçki Məcəlləsinin 24-cü maddəsinə əsasən, azlıqda olan partiyalar Milli Məclisə Mərkəzi Seçki Komissiyasının üzvlüyünə namizəd təqdim etməlidirlər: “Bu gün partiyanın iclası keçirilib və Etibar Quliyevin MSK üzvlüyünə namizədliyi irəli sürülərək təsdiqlənib. Artıq partiyanın bununla bağlı məktubu Milli Məclisə təqdim olunub".