Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun keçən ay Yunanıstana səfəri zamanı ona qarşı hazırlanan sui-qəsdin qarşısı alınıb. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Sabah" qəzeti məlumat verib.

Məlumata əsasən, XİN rəhbərinə qarşı sui-qəsd İnqilabçı Xalq Azadlıq Partiyası-Cəbhəsi (DHKP-C ) tərəfindən hazırlanıb.

Məlumatda o da qeyd olunur ki, Davudoğluna qarşı sui-qəsd hazırlayan terror şəbəkəsinin bəzi üzvləri həbs edilib.

Məlumat üçün qeyd edək ki, İnqilabçı Xalq Azadlıq Partiyası-Cəbhəsi (DHKP-C ) Türkiyənin Hatay vilayətinin Reyhanlı şəhərində keçən il may ayında baş vermişı partlayışa görə məsuliyyəti öz üzərinə götürmüşdü.