Türkiyənin Azərbaycandakı yeni səfiri Cahit Bağçı səlahiyyətlərinin icrasına başlayıb.
Mia.az xəbər verir ki, bu barədə diplomatik nümayəndəliyin tviter səhifəsində məlumat paylaşılıb.
Bildirilib ki, səfir Cahit Bağçı aprelin 19-da Bakıya gəlib və diplomatın səfirlikdə qarşılanma mərasimi keçirilib: "Səfir kollektivə təqdim olunduqdan sonra səlahiyyətlərinin icrasına başlayıb”.